Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu - İF) bp şirkəti tərəfindən günəş enerji stansiyasını tikintisi Səngəçal terminalınn elektrik enerjisi ilə təmin etməyə və onların istifadə etdiyi qazı Avropaya ixrac etməyə imkan verir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz bp ilə razılaşdıq ki, o, Qarabağın azad edilmiş şəhərlərindən birində - Cəbrayılda 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq”, - Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
Prezient qeyd edib ki, bu layihə çərçivəsində istehsal olunmuş enerji Azərbaycanın enerji sisteminə daxil ediləcək.
“Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Beləliklə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq”, - Əliyev deyib.
Onun sözlərinə görə, bu layihınin reallaşdması ilə bp-nin Səngəçal terminalı karbonsuz və “daha səmərəli qaydada” fəaliyyət göstərməyə başlayacaq.
“Və onların (bu gün - İF) istifadə etdiyi qaz Avropaya ixrac olunacaq. Beləliklə, biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik”, - Əliyev vurğulayıb.
Daha əvvəl energetika naziri Pərviz Şahbazova istinadən verilən məlumata görə, Cəbrayıl rayonunda “Şəfəq” günəş elektrik stansiyasının inşasına 2023-cü ildə başlanılacaq və stansiya 2024-cü ildə istismara veriləcək. Stansiyada illik 500 kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.
Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət