2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 milyard 869 milyon 452,14 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 53,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-fevralda Azərbaycanın xarici ticarət dövriyyəsi $7 milyard 171 milyon 422,6 min (2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə azalma 9,7% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $4 milyard 520 milyon 437,37 min (azalma 24,3%), idxalın həcmi $2 milyard 650 milyon 985,23 min (azalma 33,6%) təşkil edib.
İxracın strukturunda əsas həcm (85,59%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 13,59% ərzaq məhsullarının, 0,67% tütün və tütün məhsullarının, 5,59% əczaçılıq məhsullarının, 0,39% gübrələrin, 2,97% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,19% odun və agac məhsullarının, 1,66% geyim və geyim aksessuarlarının, 5,56% qara metallar və onlardan hazırlanan məmulatların, 16,99% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 17,13% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,63% mebelin, 32,63% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 5,47 min özəl və dövlət müəssisəsi və 12,697 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 155 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-fevralda Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 29,26%-i), İsrail (7,34%), Türkiyə (12,25%), İspaniya (6,14%), Almaniya (5,65%), Rumıniya (5.63%), Hindistan (4,49%), Rusiya (4,33%), Çexiya (3,59%), Gürcüstan (3,51%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (21,34%), Fransa (7,65%), Çin (14,33%), Türkiyə (12,88%), Almaniya (4,66%), Türkmənistan (3,38%), İtaliya (3,78%), ABŞ (2,86%), Qazaxıstan (3,01%) və İranla (3,12%) həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət