Avropa İttifaqı (Aİ) ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 164 milyon 952,199 min avro dəyərində 19 milyon 844 min 774,024 ton neft (bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları (qaz kondensatı istisna olmaqla)) idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Statistika Xidmətindən məlumat verilib.
2021-ci ildə Azərbaycan Aİ ölkələrinə 9 milyard 65 milyon 426,509 min avro dəyərində 19 milyon 974 min 485,221 ton neft ixrac edib.
Beləliklə, 2022-ci ildə Azərbaycandan Aİ-yə neft ixracı 0,65% azalıb, gəlir 67,3% artıb.
2022-ci ildə Azərbaycandan neft idxal edən Aİ ölkələrinin top-10-luğuna İtaliya (6 milyard 890 milyon 156,925 min avro dəyərində (artım 18,9%) 9 milyon 53 min 134,933 ton (azalma 28,7%)), Almaniya (1 milyard 692 milyon 224,232 min avro dəyərində (artım 2,5 dəfə) 2 milyon 242 min 21 ton (artım 51,9%)), İspaniya (1 milyard 417 milyon 559,960 min avro dəyərində (artım 2,5 dəfə) 1 milyon 940 min 399,444 ton (artım 44,7%), Çexiya (1 milyard 392 milyon 982,6 min avro dəyərində (artım 2,7 dəfə) 1 milyon 800 min 181 ton (artım 64,3%) və Xorvatiya (1 milyard 173 milyon 712,976 min avro dəyərində (artım 85,9%) 1 milyon 412 min 193,703 ton (azalma 1%)) daxil olub.
Bundan başqa, 2022-ci ildə Portuqaliya Azərbaycandan 816 milyon 504,265 min avro dəyərində (artım 53,5%) 1 milyon 122 min 827,266 ton (azalma 3,4%), Rumıniya 523 milyon 635,887 min avro dəyərində (artım 4,3 dəfə) 708 min 653,418 ton (artım 2,7 dəfə), Yunanıstan 408 milyon 222,273 min avro dəyərində (artım 4,7 dəfə) 537 min 514,542 ton (artım 2,4 dəfə), İrlandiya 418 milyon 996,503 min avro dəyərində (2021-ci ildə neft almayıb) 531 min 266,004 ton, Fransa 377 milyon 726 min avro dəyərində (artım 4,8 dəfə) 422 min 338,709 ton neft (artım 2,4 dəfə) idxal edib.
Həmçinin 2022-ci ildə Avstriya və Niderland da Azərbaycandan az həcmdə neft alıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət