2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $23 milyard 478,1 milyon və ya ÜDM-in 23,5%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon təşkil edib. Beləliklə, 2022-ci ildə profisit 2,8 dəfə artıb.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, neft-qaz sektoru üzrə profisit $28 milyard 667,3 milyon (artım 2 dəfə), qeyri-neft sektoru üzrə kəsir $5 milyard 189,2 milyon (azalma 9,4%) təşkil edib.
2022-ci ildə bir barel neftin orta qiyməti $104 (2021-ci ildə - $66,8) təşkil edib.
2022-ci ildə xarici ticarət dövriyyəsinin həcmi $54,4 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $27,3 milyard (artım 2,4 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 10,3%-i MDB, 89,7%-i uzaq xarici ölkələrin payına düşüb.
$40 milyard 868,6 milyon həcmində ixracın (artım 1,9 dəfə) strukturunda neft-qaz ixracı $37,9 milyard (artım 2 dəfə), neft və neft məhsullarının ixrac həcmi $0,7 milyard, o cümlədən neft ixracı $20,8 milyard, qaz ixracı $16,4 milyard təşkil edib.
$13 milyard 509,2 milyon həcmində idxalın (artım 29,7%) strukturunda $5 milyard 737,2 milyon istehlak mallarının, o cümlədən $2,1 milyard ərzaq mallarının payına düşüb. Bu dövrdə ölkəyə $589 milyon dəyərində (bütün idxalın 4,4%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
AMB 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 23-25%-I səviyyəsində gözləyirdi. **
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət