Azərbaycan Müdafiə Nazirliyi İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycanda güya “sionist” qüvvələrin və İŞİD (terror təşkilatı - İF) terrorçularının olması ilə bağlı bəyanatını böhtan hesab edir.
“Heydəri öz cəfəng fikirlərində Azərbaycanda güya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. Bu ittihama cavab olaraq bildiririk ki,şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər səlnaməsi yazıb. Bu iddia cəfənq ittiham və iftiradan başqa bir şey deyil. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur”, - “İnterfaks-Azərbaycan” Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Nazirlikdən vurğulanıb ki, “Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil” və Tehranın Bakını ittiham etməsi “əsassızdır və təmamilə qəbuledilməzdir”.
Bundan başqa, iranlı general İranın Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verməyəcəyini bəyan edib. Buna cavab olaraq nazirlikdən vurğulanıb ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb.İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib.
“Əksinə bu dövr ərzində (Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı illərində - İF) İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandı”, - nazirlikdən bildirilir.
Eyni zamanda, Müdafiə Nazirliyi Heydəriyə xatırladır ki, Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət