Avstriya Azərbaycanlıları Cəmiyyəti Zaltsburq Universiteti ilə həmin ali məktəbdə Azərbaycan kafedrasının açılması ilə bağlı danışıqlar aparır. Bu barədə Cəmiyyətin sədri və Zaltsburqdakı “Azərbaycan Evi”nin rəhbəri Fərid Əzizov “Region Plus” jurnalına müsahibəsində məlumat verib.
“Hazırda Zaltsburq Universiteti ilə Azərbaycan kafedrasının açılması ilə bağlı danışıqlar aparılır. Həmvətənlərimiz arasında (Avstriyada yaşayan - İF) böyük potensiala malik olan kadrlar, vətənpərvərlər, istedadlar şəxslər çoxdur. Onlar həmin kafedrada tədris prosesinə cəlb oluna bilərlər”, - Əzizov deyib.
Onun sözlərinə görə, Cəmiyyətin planlarına 44 günlük Vətən müharibəsinə, şəhidlərə və Qarabağın dirçəlməsinə həsr olunan alman dilində üç cildlik kitabın buraxılışı daxildir. “Hazırda bu kitabın alman dilinə tərcüməsi həyata keçirilir. Kitabın Zaltsburqda məktəblərdə, kitabxanalarda yayılması nəzərdə tutulur. Bu kitab “Azərbaycan Evi”nin qonaqlarına təqdim olunacaq”, - Əzizov qeyd edib.
O vurğulayıb ki, 2023-cü ilin oktyabr ayında ən məşhur “Motsarteum” zalında Azərbaycan və Avstriya incəsənət xadimlərinin birgə konsertinin keçirilməsi planlaşdırılır. “Biz bu konsertə Azərbaycandan tanınmış ifaçıların və incəsənət xadimlərinin gələcəyini nəzərdə tuturuq. Ötən il biz artıq kiçik konsert təşkil etmişdik, bu da Azərbaycan mədəniyyəti və musiqisinə xüsusi maraq doğurdu. Bizə yeni konsertlərin təşkili xahişi ilə müraciət edirlər”, - Əzizov bildirib.
Cəmiyyətin sədri əlavə edib ki, “Azərbaycan Evi”nin Avstriya ilə Azərbaycan arasında əlaqələrin inkişafının stmullaşdırılması və bu bazarda Azərbaycanın təbliği məqsədilə turizm sahəsinin inkişafın adair planları var. “Belə ki, Avstriyanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılır. Məqsəd – avstriyalılarda ölkəmizin turiziminə maraq oyatmaqdır. Avstriyalılar səyahəti çox sevirlər, qoy onlar səyahət üçün Azərbaycanı da seçsinlər!”, - o qeyd edib.
Əzizov vurğulayıb ki, hazırda Zaltsburqda 500-ə yaxın azərbaycanlı yaşayır. “İndi onların problemlərini həll etmək, danışmaq üçün müraciət edə biləcəkləri bir ocaq var. «Azərbaycan Evi»nin qapıları hər gün açıqdır, telefon gündə 24 saat, həftədə yeddi gün işləyir. Həftəsonları Zaltsburqda demək olar ki, hər şey bağlanır, mağazalar belə işləmir. Burada yaşayan azərbaycanlılar «Azərbaycan Evi»ndə toplanırlar, ünsiyyət qururlar. Həftəsonları burada Azərbaycan məktəbi fəaliyyət göstərir - uşaqlara Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunur. Milli rəqslər də tədris olunur. Yaxın vaxtlarda isə Azərbaycan rəssamı rəsm dərsləri də keçirməyə başlayacaq”, - o əlavə edib.
Əzizov qeyd edib ki, «Azərbaycan Evi»ndə həmçinin nişan, xınayaxta mərasimləri keçirilir. "Kino, milli mətbəx günləri, sərgilər, birgə tədbirlər, mini-konsertlər keçiririk. Bütün qonaqlar kitabxananın imkanlarından Azərbaycan, alman, ingilis dillərində kitablardan istifadə edə bilərlər. Məqsədimiz uşaqların ənənə və dillərini unutmamasıdır. Yerli sakinlər üçün də qapılarımız hər zaman açıqdır. «Azərbaycan Evi» - milli mədəniyyətimizin dünyasına özünəməxsus qapıdır”, - Cəmiyyətin sədri deyib.
Avstriya Azərbaycanlıları Cəmiyyəti 2017-ci ildə yaradılıb, «Azərbaycan Evi»nin rəsmi açılışı 2021-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət