“Formula 1” komandaları 2023-cü il Azərbaycan Qran-prisinin formatında dəyişikliklər edilməsi barədə razılığa gəliblər. Bu barədə bazar ertəsi “RacingNews365” portalı yazır.
“Formula 1”-in 10 komandası arasında formata (Azərbaycan Qran-prisi - İF) dəyişikliklər edilmısi və iki təsnifat sessiyasının keçirilməsinə dair razılıq əldə olunub”, - portal qeyd edir.
Məlumata əsasən, “Formula 1” komandaların sahibləri bazar günü Avstarliya Qran-Prisi ərəfəsində cədvələ mümkün dəyişiklikləri müzakirə məqsədilə görüşüblər.
Dünya çempionatının mövcud mərhələ formatına əsasən, ilk məşq və təsnifat cümə günü, ikinci məşq və sprint – şənbə günü , Qran-pri isə adətən bazar günü keçirilir.
İndi isə şənbə günü Azərbaycan Qran-Prisinin ikinci məşqinin yeni sprint təsnifatı ilə əvəzlənməsi, cümə günü keçiriləcək çempionatın Bakı mərhələsinin təsnifatının isə dəyişilməz qalması nəzərdə tutulur.
“RacingNews365” davam edib ki, həmçinin hər bir pilot üçün yeganə dairə ilə sprint yarışının digər təsnifat formatını sınamaq ideyası müzakirə olundu, lakin nəticə əldə olunmadı.
Portal yazır ki, bunun əvəzinə isə, əgər plan reallaşdırılarsa, sprint təsnifatı şənbə günü, cümə günü Azərbaycan Qran-Prisinin təsnifatı ilə eyni qaydada keçiriləcək, lakin bir qədər qısa formatda.
Lakin, portal qeyd edir ki, dəyişikliklərin daxil edilməsi üçün yalnız “Formula 1” komandalarının razılığa kifayət deyil, çünki onlar qüvvəyə minmədən öncə təsdiq olunmalıdır.
Formula 1Azərbaycan Qran Prisi2023-cü il 28-30 aprel tarixclərində Bakıda keçiriləcək. “Kral yarışları” 2016-cı ildən etibarən Bakıda keçirilir, 2017-ci ildən etibarən Azərbaycan Qran-Prisi adlanır. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət