Azərbaycan öz ərazisi vasitəsilə Qazaxıstan neftinin dünya bazarlarına daşınmasının həcmini artırmağa hazırdır.
Bu barədə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi aprelin 7-də Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasının nəticələrinə əsasən imzalanmış protokolda deyilir.
"Enerji əməkdaşlığı baxımından Azərbaycan tərəfi daha böyük həcmdə Qazaxıstan neftini daşımağa hazırdır. Tərəflər həmçinin qısa müddətdə Qazaxıstan neft və neft məhsullarının Azərbaycan vasitəsilə tranzit ilə daşınması, həmçinin Qazaxıstan neft məhsullarının və maye təbii qazın tədarükü məsələləri üzrə Işçi Qruplarının üçüncü iclasının keçirilməsi barədə razılığa gəliblər", - sənəddə deyilir.
Qazaxıstan baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarinöz növbəsində cümə günü Bakıda jurnalistlərələ söhbət zamanı məlumat verib ki, hazırda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 40% yüklənib. “Orada hələ də təxminən 20 milyon ton mümkün ötürmə gücü qalmaqdadır. Və bu, prinsipcə, birgə əməkdaşlıq çərçivəsində hədəfləndiyimiz həcmdir", - o bildirib.
Xəbər verildiyi kimi, Qazaxıstan neft ixracı marşrutlarının şaxələndirilməsi məqsədilə BTC ilə tədarükə başlamağa dair razılıq əldə edib. SOCAR şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. Qazaxıstan neftinin BTC ilə tranziti Aktau limanından Səngəçal terminalına çatdırlması məqsədilə 2023-cü ilin sonuna qədər Xəzər dənizi ilə12-14t anker reysinin həyata keçirilməsi planlaşdırılır.
Bundan əlavə, mart ayında “KazTransOil” Kaşaqan yatağından 7 ton neftin BTC ilə Azərbaycandan keçməklə tranzitini sınaqdan keçirib. Beləliklə, 2023-cü ilin birinci rübündə Azərbacan vasitəsilə Qazaxlstan neftinin ümumi tarnziti 27 min tona yaxın təşkil edib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon ton və ya gündəlik 1,2 milyon barrel təşkil edir.
İstismara verildiyi 2006-cı ilin iyun ayının 4-dən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhan limanında 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“BTC Co.” layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
2022-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 29 milyon 749,6 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin göstəricisindən 12,6% çoxdur.2022-ci ildə BTC ilə 5 milyon 103,9 min ton tranzit nefti (artım 41,8%) nəql edilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət