Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Nərimanov rayonunda salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üçün iki mərhələli tender elan edib.
Park Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin kəsişməsində salınacaq.
İddiaçılar birinci mərhələnin yekununa qədər özlərinin hazırlamış olduqları eskiz layihəni iki nüsxədən ibarət albom şəklində, eyni zamanda, elektron formada təqdim etməlidirlər. Birinci mərhələ üçün sifarişçi tərəfindən ərazinin topoqrafiyası və dron şəkilləri iddiaçılara veriləcək. Bundan əlavə, iddiaçılara ərazi ilə tanış olmaq şəraiti yaradılacaq. İddiaçıların müvafiq sahədə təcrübəsinin olması mütləqdir.
Birinci mərhələnin yekununda təqdim olunmuş eskiz layihəyə komissiya üzvləri tərəfindən baxış keçiriləcək və yekunda komissiyanın müsbət rəyini almış azı 3 şirkət tenderin ikinci mərhələsində iştirak haqqı qazanacaq.
İkinci mərhələdə iştirak edən iddiaçılar qiymət təklifi verərkən sözügedən parkla əlaqəli hazırlayacaqları bütün layihələrin dəyərini təqdim etməlidirlər (eskiz, memarlıq, kommunikasiya, konstruksiya, smeta və digər layihələr.)
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır.
İlkin mərhələ 2 may 2023-cü il saat 10.00-dək davam edəcək, 5 may 2023-cü ildə birinci mərhələnin nəticələri açıqlanacaq. İkinci mərhələ üçün təkliflər 8 may 2023-cü il saat 11.00-dan 23 may 2023-cü il saat 11.00-dək qəbul olunacaq.
Telefon: 496-52-05, əlaqələndirici şəxs – Əhməd Məmmədov.
İddiaçılar dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surətini təqdim etməlidirlər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət