Ermənistan hakimiyyətinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də daxili işlərinə müdaxiləyə yönəlmiş ritorikası güclənib. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, bu, Bakının ciddi narahatlığına səbəb olur.
Sədr qeyd edib ki, Ermənistan götürdüyü öhdəliklərin əksinə olaraq hələ də öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam çıxarmayıb. Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbi qulluqçusu hələ də Azərbaycan ərazisindədir.
“Həmçinin Ermənistan Laçın yolundan minaların, hərbi texnikanın və silahların daşınması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində şəxsi heyətin rotasiyası, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının Ermənistana daşınması üçün istifadə edir”, - deyə Qafarova vurğulayıb.
Onun sözlərinə görə, Laçın yolunun Ermənistan-Azərbaycan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifi bu yolun istifadəsində şəffaflığı təmin edəcək. “Lakin erməni tərəfi bunda maraqlı deyil və təklifi qəbul etmir. Həmçinin üçtərəfli Bəyanata uyğun olaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir”, - deyə Milli Məclisin sədri əlavə edib.*
R.Əhmədov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət