2023-cü il aprelin 1-nə operativ məlumatlara əsasən, Azərbaycanın xarici borcunun məbləği $6 milyard 679,7 milyon həcmində qiymətləndirilir. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2023-cü il tarixinə Azərbaycanın xarici borcunun məbləği $6 milyard 693,2 milyon və ya ÜDM-in 8,5%-i səviyyəsində qiymətləndirilib.
“2023-cü ilin birinci rübündə Azərbaycanın xarici borcu $13,5 milyon və ya 0,2 % azalıb”, - nazirlikdən qeyd olunur.
Məlumata əsasən, yanvar-mart aylarında xarici borcun xidmətinə xərclər 170,8 milyon manat (cari məzənnə ilə $100,5 milyon) təşkil edib, buna əsas borc üzrə ödənişlər - 31,1 milyon manat, faiz borcu üzrə ödənişlər - 139,6 milyon manat, bank xidmətləri üzrə ödənişlər - 0,1 milyon manat daxildir.
2022-ci ildə Azərbaycanın xarici borcu 9,5% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycan hökumətinin ye nilənmiş qiymətləndirmələrinə görə, 2025-ci ildə xarici borcun həcmi $7,1 milyard (12,1 milyard manat) və ya ÜDM-in 10,7%-ni təşkil edəcək. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət