Dövlət Vergi Xidməti (DVX) mart ayında Azərbaycanın bölgələrində bir sıra şirkətləri qeydiyyata alıb.
Bundan başqa, DVX Naxçıvan Muxtar Respublikasında da şirkətlər qeydiyyata alıb.
“MEST-2” MMC 13 mart 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 300 min manat, hüquqi ünvanı Naxçıvan şəhəri, qanuni təmsilçisi Şəfəq Səfərovadır.
Martın 7-də Naxçıvanda “TU HOLD-75” MMC qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 532,573 min manat, qanuni təmsilçisi İbrahim İbrahimovdur.
DVX, həmçinin martın 30-da “NAXPROPERTY-4” MMC-ni qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı 916 min manat, qanuni təmsilçisi Vaqif Əliyevdir.
Martın 16-da “OFİS HOLD-75” MMC qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 876,804 min manat, qanuni təmsilçisi Nurlan Novruzovdur.
DVX martın 13-də “MEST-7” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Cəmiyyətin qanuni təmsilçisi Elçin Həsənovdur.
Naxçıvanda daha bir şirkət – “DUZDAĞ ESTATE” MMC isə martın 31-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2,5 milyon manat, qanuni təmsilçisi Fariz Hüseynovdur.
Bundan başqa, Dövlət Vergi Xidməti Cəlilabad rayonunda “ZARAT YEM FABRİKİ” MMC-ni qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı 1 milyon 546,985 min manat, qanuni təmsilçisi Nicat Yusifovdur. Şirkət 2023-cü il martın 31-də dövlət qeydiyyatına alınıb.
Siyəzən rayonunda “GREEN HOSPİTAL” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi Aelita Cəbrayılovadır. Şirkət 2023-cü il martın 27-də dövlət qeydiyyatına alınıb.
Dövlət Vergi Xidməti 2023-cü il martın 3-də Bərdə rayonunda “İBRAHİM-İPƏK-99” firmasını dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 150 min manat, qanuni təmsilçisi Amin Qarayevdir.
DVX qeydiyyata alınmış şirkətlərin fəaliyyət sahələrini açıqlamayıb.*
B.Rüstəmbəyov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət