31 mart 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 44 milyard 843,2 milyon manat məbləğində qiymətləndirilir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-mart aylarında bankların aktivləri 4,7% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Martda bankların ümumi aktivləri fevral ayı ilə müqayisədə 1,9% və ya 865,4 milyon manat azalıb.
AMB-də müxbir hesablarda bank vəsaitləri 31% - 4 milyard 368,8 milyon manatadək azalıb.
Martın sonuna bankların kredit portfeli 20 milyard 38,59 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,3% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 849,27 milyon manat (artım 4% - İF) təşkil edir.
Bankların öhdəlikləri 38 milyard 993,9 milyon manata (azalma 5,9%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 118,86 milyon manat məbləğində (azalma 45,2%) qiymətləndirilir. Banklarda depozit portfeli 31 milyard 933,18 milyon manat (azalma 5,4%), o cümlədən əhalinin əmanətləri 11 milyard 719,45 milyon manat (artım 2,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-mart aylarında bankların ümumi xalis mənfəəti 267,86 milyon manat təşkil edib (2022-ci ilin müvafiq dövrü lə müqayisədə artım 54% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 827,37 milyon manat (artım 36,9%), o cümlədən verilmiş kreditlər üzrə 610,4 milyon manat (artım 21,7%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 275,5 milyon manat məbləğində (artım 22%) olub.
Bu dövrdə bankların faiz xərcləri 200,28 milyon manat (artım 39,7%), o cümlədən depozitlər üzrə 142,78 milyon manat (artım 42,8%), qeyri-faiz xərcləri 493,08 milyon manat (artım 24%) təşkil edib.
Yanvar-mart aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 392 milyon manat (artım 42,3%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 336,2 milyon manat (artım 55,9%), mənfəət vergisi üzrə ödənişlər 68,37 milyon manat (artım 64,4%) məbləğində qiymətləndirilir.
31 mart 2023-cü il tarixinə respublikada 25 bank fəaliyyət göstərir. Bu bankların 10-u xarici kapitallıdır.
Bankların 491 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,8%) və 94 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,164 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,7% - İF) çalışır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət