“Red Bull” komandasının pilotu Serxio Peres bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışındakı qələbəsini şərh edib.
“Bu çətin sessiyalara görə biz və komandalarımız - mühəndislər, mexaniklər, pilotlar böyük təzyiq altında idik. Bu gün əsas məqsədimiz maksimum xal toplamaq idi, lakin bilirik ki, əsas yarış sabahdır. Sabahkı yarışa üçüncü mövqedən başlayacağam, bu, ideal deyil, amma mən qələbə uğrunda mübarizə aparacağam”, - deyə Peres bildirib.
Aprelin 28-dən 30-dək davam edəcək Formula 1 Azərbaycan Qran-prisinin qalibi bazar günü bəlli olacaq. “Ferrari”nin pilotu Şarl Lekler aprelin 28-də Formula 1 Azərbaycan Qran-prisinin sıralama turunda lider olub. İlk üçlüyə “Red Bull”dan Maks Ferstappen və onun komanda yoldaşı Serxio Peres də daxil olub.
Bakıda 2016-cı ildən təşkil olunan “kral yarışları” 2017-ci ildən Azərbaycan Qran-prisi adı altında keçirilir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət