Bu gün Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji dialoqu aparılıb. Bunu Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Bu gün nazir Pərviz Şahbazovla (Azərbaycanın energetika naziri – İF-Az) strateji tərəfdaşlığımızı müzakirə etmək üçün Aİ ilə Azərbaycan arasında enerji dialoqu apardım”, - deyə Simson “Twitter”də yazıb.
O əlavə edib ki, Azərbaycan ümumavropa qaz tədarükçüsüdür.
“Lakin əməkdaşlığımız təkcə qazla məhdudlaşmır, çünki bərpa olunan enerji mənbələri sahəsində də böyük potensial var”, - deyə Simson qeyd edib.
Avropa komissarı vurğulayıb ki, Aİ bu qışı yarım dolu qaz anbarları, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla başa vurub.
“Biz buna Aİ ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın atdığı addımlar sayəsində nail ola bildik. Biz strateji əməkdaşlığımızı reallaşdırmaq əzmindəyik”, - deyə Simson bildirib.
Mayın 2-də Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqu təşkil edilib.
Daha əvvəl Avropa Komissiyasının enerji üzrə Baş Direktoratlığından verilən məlumata görə, Brüsseldə tərəflər Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa yekun vurmağı, qaz təchizatı ilə bağlı vəziyyəti, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsini, “təmiz enerji”yə keçid üzrə əməkdaşlığı müzakirə etməyi planlaşdırırdılar.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də, Rumıniyaya nəqlinə 2023-cü il yanvarın 1-də başlanılıb. Avropaya ixrac illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən TAP ilə həyata keçirilir.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət