Türkiyə və Aİ Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycandan 45 milyard kubmetrə yaxın qaz alıb. Bunu “SOCAR Turkiye Enerji” şirkətinin baş direktorunun vəzifəsini müvəqqəti icra edən Elçin İbadov deyib.
“2018-ci il iyunun 30-dan bu günə qədər TANAP qaz kəməri (CQD-nin komponenti – İF) vasitəsilə Türkiyəyə 21,5 milyard kubmetrdən çox qaz nəql edilib. İndiyədək Avropaya (TAP qaz kəməri vasitəsilə) 23,3 milyard kubmetr qaz tədarük olunub. Beləliklə, TANAP və TAP vasitəsilə cəmi 45 milyard kubmetrə yaxın qaz (Azərbaycandan Türkiyə və Aİ-yə) ixrac edilib”, - deyə o, bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.
E.İbadov qeyd edib ki, Türkiyənin Qara dənizdə böyük qaz ehtiyatları kəşf etməsi bu ölkənin iqtisadiyyatına töhfə verəcək və gələcəkdə TANAP qaz kəmərinin səmərəliliyini artıra bilər.
“Türkiyə 2016-cı ildən bəri 7 ildir ki, daxili mənbələr hesabına qaz təchizatının səviyyəsinin artırılması istiqamətində məqsədyönlü iş aparır. Söhbət yeni LNG-stansiyalarının, qaz anbarının tikintisindən və yeni qaz xətlərinin çəkilməsindən gedir. Eyni zamanda, bu, bizə TANAP-ın imkanlarından daha effektiv istifadə etməyə imkan verəcək. Hazırda iki ölkə arasında TANAP-ın buraxılış gücünün artırılması (ildə 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər – İF) üzrə iş aparılır və ümid edirik ki, bu məsələ hər iki dövlətin milli maraqlarına uyğun şəkildə razılaşdırılacaq və həll olunacaq”, - deyə o əlavə edib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayında başlanılıb.
“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən TAP vasitəsilə həyata keçirilir.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət