2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 356,147 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 94,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $108 milyon 758,4 min (artım 74,3%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-mart aylarında aldığı buğdanın qiyməti bir ton üçün $305,37 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $34 milyon 615.5 min dəyərində (artım 11,8%) 59,268 min ton şəkər xammalı və şəkər (artım 2,7%), $31 milyon 467,8 min dəyərində (azalma 42.1%) 23,6 min ton bitki yağı (azalma 33,1%), $17 milyon 726,7 min dəyərində (artım 15,4%) 3,349 min ton çay (artım 7%), $25 milyon 591 min dəyərində (azalma 4,9%) 4,516 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 9,1%) idxal edilib.
Bununla yanaşı, respublikaya $4 milyon 447,9 min dəyərində (artım 11,7%) 1,143 min ton iribuynuzlu heyvan əti (artm 28,4%), $12 milyon 275,3 min dəyərində (artım 27,2%) 8,732 min ton quş əti və quş əti məhsulları (artım 25,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $47 milyon 111,6 min dəyərində (artım 10,7%) 45,895 min ton meyvə (artım 1,6%), $6 milyon 110,5 min dəyərində (azalma 5,9%) 10,253 min ton tərəvəz (azalma 6,3%), $19 milyon 675,6 min dəyərində (artım 3,2%) 64,314 min ton kartof (azalma 7,6%) idxal edilib.
Yanvar-mart aylarında ölkədən $35 milyon 142.3 min dəyərində (azalma 18,1%) 30,674 min ton tərəvəz (azalma 14,5%), $77 milyon 140,1 min dəyərində (azalma 4,2%) 58,287 min ton meyvə (azalma 2,2%), $532,5 min dəyərində (azalma 9,4%) 1,165 ton kartof (azalma 4,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $9 milyon 823,3 min dəyərində (artım 28,6%) 13,537 min ton şəkər (artım 14,3%), $972,4 min dəyərində (azalma 79,6%) 514,5 ton bitki yağı (azalma 82,1%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $4 milyon 305 min dəyərində (artım 75,1%) 3,536 min ton meyvə və tərəvəz şirələri (artım 64,3%), $1 milyon 370,9 min dəyərində (artım 3,2 dəfə) 72,4 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 2,9 dəfə), $4 milyon 392 min dəyərində (artım 2,6 dəfə) 2,583 min ton meyvə və tərəvəz konservləri (artım 76,3%), $1 milyon 742 min dəyərində (azalma 61,2%) 761,5 ton tütün (azalma 49,9%), $1 milyon 614,7 min dəyərində (azalma 25,5%) 180,2 ton çay (azalma 49,1%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət