Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq etməsini, eləcə də sərhədlərin delimitasiyası məsələsində irəliləyişi vacib hesab edir.
“Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirik. Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq vacibdir”, - deyə Mişel bu gün “Twitter” hesabında yazıb.
O, həmçinin Bakının Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə dialoqunun vacibliyini qeyd edib.
“Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”, - deyə Aİ Şurasının Prezidenti hesab edir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət