2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 56 milyon 209,5 min manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 42% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 48,1% - 280 milyon 911,2 min manata qədər artıb.
Sığorta haqları 35,2% - 360 milyon 204,4 min manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları (gəlirərin məbləğini azaldır - İF) bir il əvvələ olan 101 milyon 181,9 min manata qarşı 122 milyon 416,6 min manat təşkil edib.
Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 25 milyon 583,7 min manat (artım 41,6%), sığorta haqlarında təkrar sığortaçıların payı 1 milyon 616,1 min manat (artım 2,3 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 49,3% - 216 milyon 48,3 min manatadək artıb. Sığorta ödənişləri 105 milyon 356,4 min manat (artım 1,7 dəfə), təkrar sığorta ödənişləri 39 milyon 157,2 min manat (artım 54,4%), işin aparılması xərcləri 61 milyon 675,3 min manat (artım 36,7%) təşkil edib.
2023-cü ilin 3 ayı ərzində sığortaçılar 8 milyon 653,4 min manat məbləğində (artım 60,8%) mənfəət vergisi ödəyiblər.
2023-cü il aprelin 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxsdir (6 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, 2023-cü il aprelin əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət