ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-2024-cü illərdə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu dəyişməyib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,64 milyon barel təşkil edəcək. I rübdə gündəlik hasilat 65 min barel olub. II rüb üçün proqnoz 0,64 milyon barel (may proqnozu 0,64 milyon barel), III rüb üçün 0,64 milyon barel (may proqnozu 0,64 milyon barel), IV rüb üçün 0,65 milyon barel (may proqnozu 0,65 milyon barel) təşkil edir.
Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda gündəlik 0,65 milyon barel maye karbohidrogen hasil olunacaq. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,65 milyon barel, II rübdə 0,65 milyon barel, III rübdə 0,65 milyon barel, IV rübdə 0,66 milyon barel təşkil edəcək.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,67 milyon barel maye karbohidrogen hasil edilib.*
N.Abbasova
ABŞ-ın yeni səfiri Bakıya gəlib
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
HƏMAS girov götürdüyü bütün qadın və uşaqları İsrailə təhvil verdiyini iddia edir
Almaniya Ukraynaya yeni yardım paketini elan edib
İsrail və HƏMAS arasında atəşkəsin bərpasına dair danışıqlar dalana dirənib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək