2022-ci ildə Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsi 28%-dən çox, 2023-cü ilin 4 ayə ərzində - 22% artıb. Bu barədə baş nazir Əli Əsədov bəyan edib.
“Azərbaycan ikitərəfli əsasda sıx iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr getdikcə genişlənir. 2022-ci ilin yekunları üzrə Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin həcmi 28%-dən çox artıb. Müsbət dinamika cari ildə də müşahidə olunur, ilk dörd ay ərzində biz qarşılıqlı ticarəti 22% artırmağa nail olmuşuq”, - Əsədov cümə axşamı Soçidə MDB Hökumət Başçıları Şurasının məhdud tərkibdə clasında deyib.
Nazirlər Kabinetinin mətbuat xidməti Əsədovun sözlərindən sitat gətirir. O qeyd edib ki, hazırki qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığa tələbat var. “Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - Əsədov bildirib.
Həmçinin, baş nazir Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini qeyd edib.
O cümlədən, Əsədov bəyan edib ki, Azərbaycan “yaşıl” enerji gündəliyi ilə bağlı məsələlərin qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı imkanlarını nəzərdən keçirməyə hazırdır.
Baş nazir bölgədəki post-münaqişə vəziyyətdən də danışıb. Bu baxımdan o qeyd edib ki, Azərbaycan sülh gündəminə sadiq qalmaqla bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməkdə qətiyyətlidir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət