Baş nazir Əli Əsədov Bakının Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə aqrar sahədə əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazır olduğunu bildirib.
“Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək məqsədilə bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə əməkdaşlığı genişləndirməyə, öz təcrübəsini bölüşməyə hazırdır”, - deyə o, iyunun 9-da Rusiya Federasiyasının Soçi şəhərində III Avrasiya Konqresinin plenar iclasında çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, baş nazir əlavə edib ki, Azərbaycan Avrasiya məkanında cərəyan edən prosesləri fəal şəkildə təhlil edir və maraqla izləyir. Onun sözlərinə görə, Prezident İlham Əliyev bu il mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib.
Əsədov bildirib ki, Azərbaycan bu gün Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, eləcə də Orta Dəhlizin fəal iştirakçısıdır, “biz lazımi nəqliyyat infrastrukturuna investisiyaları artırırıq”, - deyə o qeyd edib.
Baş nazir əlavə edib ki, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 3,4% artaraq $6,5 milyarda çatıb, 2023-cü ilin yanvar-may aylarında isə artım 5,2% təşkil edib.
O, həmçinin deyib ki, Azərbaycanın valyuta ehtiyatları $6,5 milyard məbləğində xarici borcu 10 dəfədən çox üstələyir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət