2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min nəfərin köçürülməsi planlaşdırılır. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Əhalinin Ağdam şəhərinə qaytarılmasına 2024-cü ilin sonunda başlanacağı nəzərdə tutulur. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır”, - deyə Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olunur. 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur.
Hüseynov əlavə edib ki, indiyədək Ağdamın ərazisinin 30 faizə yaxını, Füzuli ərazisinin 27 faizi, Xocalının 15,8 faizi, Xocavəndin 5,3 faizi minalardan təmizlənib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət