BP şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil sahəsində $100min dəyərində layihə reallaşdırıb.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, layihə bir neçə komponentdən ibarətdir və UNEC-in elmi-tədqiqat potensialının gücləndirilməsinə yönəlib.
Layihə çərçivəsində BP şirkəti UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinə tam avtomatik Drawell DTR8000 Raman spektrometri təqdim edib. Bu cihaz nanohissəciklər və yeni materiallar, bioloji elmlər, material elmləri, tibbi analiz, kənd təsərrüfatı və qida texnologiyaları, suyun çirklənməsinin təhlili, ekologiya və digər aparıcı fənn sahələrdə tədqiqatlar aparmağa imkan yaradır.
Bundan başqa, layihə çərçivəsində UNEC-in beş alimi tədqiqat və akademik araşdırmalar məqsədilə Florensiyanın Nello Carrara Tətbiqi Fizika İnstitutu və Verona Universitetinə göndərilib. Əməkdaşlıq çərçivəsində beş yüksək keyfiyyətli tədqiqat işi WoS (Web of Science) və
O cümlədən, layihə çərçivəsində UNEC-in Türkiyənin Sakarya Universiteti ilə əməkdaşlığına dəstək göstərilib və 19 ölkəni təmsil edən 50 universitetin nümayəndələrinin iştirakı ilə birgə konfrans keçirilib.
Layihə 13 ay müddətində reallaşdırılıb (2022-ci ilin yanvar ayından 2023-ci ilin fevral ayınadək). Layihənin ümumi dəyəri170 minmanat ($100 min) təşkil edir.
“İndiyədək BP şirkəti UNEC-ə, kimya üzrə Nobel mükafatı laureatı molekulyar bioloq Aziz Sancarın adı verilmiş Qida Kimyası Laboratoriyası daxil olmaqla, üç laboratoriya bağışlamışıq. Ümid edirik ki, bu layihə UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədqiqat potensialının genişləndirilməsinə mühüm töhfə olacaq”, - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin başa çatması münasibətilə mərasimdə bəyan edib.
Həmçinin, qeyd olunub ki, indiyədək BP və onun tərəfdaşlarının Azərbaycanda layihələrə sərmayələri $84 milyard təşkil edib. Azərbaycana sosial investisiyaların həcmi $108 miyon təşkil edib. **
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət