2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 12 milyon 760,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 12 milyon 729,3 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 8,4% olub.
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 20 milyard 200,1 milyon kubmetr qaz (artım 2,9%), 15 milyard 302 milyon kubmetr əmtəəlik qaz (artım 2,9%) hasil edilib.
2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% azdır. Qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6%), əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr həcmində (artım 7,3%) olub.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton, qaz hasilatını 46 milyard 761,6 milyon kubmetr, əmtəəlik qaz hasilatını 35 milyard 900,3 milyon kubmetr həcmində proqnozlaşdırır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət