Azərbaycanda adambaşına düşən gəlirin artımı 2050-ci ilə qədər ən azı 40% təşkil edə bilər. Bu barədə Dünya Bankının Azərbaycan Nümayəndəliyinin rəhbəri Sara Maykl bəyan edib.
“Biz hesab edirik ki, 2050-ci ilə qədər Azərbaycanda adambaşına düşən gəlirin artımı ən azı 40%-də çox ola bilər ($10 mindən çox - İF), bəlkə daha da çox, ölkənin hazırki artım trayektoriyası ilə müqayisədə. Bu, ölkənin artım ambisiyalarının əldə olunması məqsədilə böyük önəm kəsb edəcək”, - Maykl cümə günü DB-nin "Qlobal iqtisadi perspektivlər" hesabatının təqdimatında, o cümlədən qlobal artımın yavaşlanması, artan risklər və onların bölgə üçün nəticələri ilə bağlı müzakirələrdə bildirib.
Maykl qeyd edib ki, cari ilin ikinci yarısında qlobal artımın mühüm dərəcədə yavaşlaması proqnozlaşdırılır, 2024-cü ildə isə zəif artımın qorunması gözlənilir. İnflyasiya təzyiqlərinin davam edəcəyi və sərt pul-kredit siyasətinin iqtisadi artıma daha da mənfi təsir göstərəcəyi gözlənilir.
“Biz gözləyirik ki, bu, əvvəlki kimi, inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan bazarlar üçün mürəkkəb qlobal şərtlər yaratsın. (...) Azərbaycanın strategiyası ortamüddətli perspektivdə ÜDM-in illik 3-4% artımına, o cümlədən qeyri-neft sektorunda 5%-ə yaxın artımına hədəflənib. Bu artım hədəflərinə nail olmaq asan olmaya bilər”, - Maykl qeyd edib.
O hesab edir ki, daxili bazarda neft hasilatının azalması və əhalinin qocalması artıma maneə yaradacaq. Qlobal tendensiyaların əlavə problemlər və qeyri-müəyyənliklər yaradacağı ehtimal olunur.
“Buna baxmayaraq, bu artım hədəflərə çatmağı mümkün hesab edirik. Azərbaycan neft və qaz gəlirlərinə və dövlət investisiyalarına yönəlmiş köhnə artım modelindən imtina etməyə davam etməlidir. Uzunmüddətli artım proqnozlarımız göstərir ki, adambaşına düşən ÜDM artımının mövcud modelində növbəti 30 il ərzində cəmi 10% və ya buna yaxın artım ola bilər. Bu ssenari halında Azərbaycan orta səviyyədən yuxarı gəlirli ölkə olaraq qalacaq və 2050-ci ilə qədər yüksək gəlirli ölkə statusuna çatmayacaq. Lakin dövlətin təkanverici qüvvə kimi iştirakı ilə dinamik özəl sektora dəstək olmağa yönəlmiş yeni artım modeli ilə daha nikbin imkanlar da var", - Maykl vurğulayıb.
Onun sözlərinə görə, daha şaxələnmiş iqtisadiyyat, daha güclü insan kapitalı və bu sahələrdə bir sıra real investisiya və islahatlarla daha dərin iqtisadi inteqrasiya lazımdır.
«Və bu, yaxın illərdə ölkənin böyümə imkanlarına təsir göstərməyə davam edəcək», - Maykl əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət