2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 1 milyard 199 milyon 538,33 min kubmetr qaz idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Söhbət Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilmiş həcmlərdən gedir.
Cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan qazın dəyəri $202 milyon 412,1 min (artım 13,8 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana qaz idxalının strukturunda əsas həcm - $143 milyon 225,18 min dəyərində 800 milyon 665,76 min kubmetr qaz (66,7%) Rusiyanın payına düşüb.
Türkmənistandan $59 milyon 186,92 min dəyərində 398 milyon 872,58 min kubmetr qaz idxal olunub.
2022-ci ildə Azərbaycana $130 milyon 634,12 min dəyərində (artım 6,7 dəfə) 1 milyard 16 milyon 423,6 min kubmetr qaz (artım 2 dəfə) idxal olunub. İdxalın strukturunda 84,3% - $110 milyon 871,38 min dəyərində 857 milyon 66,65 min kubmetr qaz Türkmənistanın payına düşüb. Rusiyadan $17 milyon 254,17 min dəyərində 93 milyon 265,8 min kubmetr, İrandan $2 milyon 508,56 min dəyərində 66 milyon 91,19 min kubmetr qaz idxal olunub.
Qaz idxalı RF, İran və Türkmənistanla svop müqavilələri əsasında həyata keçirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət