2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 6 milyard 513 milyon 694,62 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $5 milyard 418 milyon 534,55 min məbləğində gəlir (artım 29,7%) əldə edilib.
Azərbaycanın ümumi ixracının 43,06%-i (2022-ci ilin yanvar-aprel aylarında 35,34%-i) qaz ixracının payına düşüb.
2023-cü ilin yanvar-aprel aylarında ixracın əsas həcmi (bütün ixracın 36,9%-i) İtaliyanın payına düşüb.
Ölkə |
Həcm, min kubmetr |
2022-ci illə (4 ay) müqayisədə |
Gəlir, min dollar |
2022-ci illə (4 ay) müqayisədə |
AVROPA |
||||
İtaliya |
2 399 970,39 |
+1,5% |
3619 606,9 |
+31,9% |
Bolqarıstan |
149 252,18 |
+44,6% |
58 955,18 |
+2,2 dəfə |
Yunanıstan |
238 257,96 |
-23,9% |
387 114,64 |
+5,8% |
Rumıniya |
184 286,16 |
- |
171 246,25 |
- |
REGİON |
||||
Gürcüstan |
931 510,55 |
-33,6% |
175 355,63 |
-13,2% |
Rusiya |
326 532,4 |
- |
55 510,51 |
- |
Türkiyə |
2272 424,9 |
-22,2% |
950 310,46 |
+13,8% |
İran |
11 460,13 |
-91% |
434,98 |
-91% |
CƏMİ |
6 513 694,62 |
-10% |
5 418 534,55 |
+29,7% |
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-dən başlanılıb. Rumıniyaya qaz 2023-cü il yanvarın 1-dən ixrac olunur.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana da (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət