Fransa prezidenti Emmanuel Makron cümə günü Brüsseldə keçirilən Avropa İttifaqının iki günlük iclasını tərk və yekun mətbuat konfransını ləğv edib. Bu barədə “Le Fiqaro” nəşri məlumat verir.
Makron Fransada qiyam və talanlarla əlaqədar böhran əleyhinə iclas keçirmək məqsədilə Parisə yola düşüb.
Fransa prezidenti Parisə gəldikdən sonra nazirlərarası böhran əleyhinə komitənin iclasına rəhbərlik edəcək.
Nəşrin məlumatına görə, adətən belə nadir hallarda Fransa dövlətinin başçısını Aİ sammitində Almaniya kansleri təmsil edir.
Hakimiyyət ölkədə iğtişaşlara qarşı mübarizə aparmaq üçün 40 min, o cümlədən Parisdə 5 min polis və jandarma cəlb edib. Daxili Işlər Nazirliyinin məlumatına görə, cümə gününə keçən gecə baş vermiş toqquşmalar zamanı 249 polis və jandarma yaralanıb.
Dövlət qurumlarının, bankların ofisləri, polis komissarlıqları darmadağın edilib və ya yandırılıb, ictimai nəqliyyat və avtomobillər yanıb, çox sayda mağazalar talan edilib. Bordo şəhərində talançılar «Decathlon» mağazasının ov şöbəsindən tüfənglər və patronları ələ keçiriblər.
Dünən Nanter prokurorluğundan elan edilib ki, ötən çərşənbə axşamı yeniyetməni güllələyən 38 yaşlı polis ilkin həbs üçün saxlanılıb. O, qəsdən qətl törətmək şübhəsi ilə əlaqədar dindirilib. Nanterin prokurorunun bəyanatına görə, «silah istifadəsinin qanuni şərtlərinə əməl edilməyib».
Prokurorluğun versiyasına görə, çərşənbə axşamı səhər saatlarında motosikletli iki polis, avtobus zolağında yüksək sürətlə hərəkət edən gənc oğlan tərəfindən idarə olunan avtomobili görüb. İşıqforun qırmızı siqnalında onu yoxlamaq qərarına gəliblər, lakin həmin şəxs qırmızı işıqda avtomobili işə salıb. Onu dayandırmaq üçün polislərdən biri silahdan istifadə edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət