Azərbaycandan Qara dənizin dibi ilə Avropaya “yaşıl” enerjinin tədarükünü nəzərdə tutan elektrik verilişi xəttinin tikinti layihəsi üzrə tədqiqatın nəticələri artıq sentyabrda məlum olacaq. Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib.
«Biz artıq sentyabrda tədqiqatın nəticələrinin olacağını gözləyirik və bundan sonra ikinci mərhələyə keçəcəyik», - Qəribaşvili bildirib.
«İnterfaks-Azərbaycan» məlumat verir ki, Gürcüstan hökumətinin saytında baş nazirin sözlərinə istinadən xəbər verilir ki, bu layihə Aİ, iri maliyyə institutları tərəfindən tam dəstəklənir. “Biz bunun son 30 il ərzində həyata keçirilən ən əsas tarixi layihələrdən biri olacağını gözləyirik», - Qaribaşvili əlavə edib.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir.
İyunda bu layihəyə Bolqarıstanın qoşulmasına dair qərar qəbul olunub.
Hazırda layihə üzrə işlər 2023-cü ildə başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət