6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında (BFB) “Ferrum Capital” QSC-nin 2,5 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə BFB-dən məlumat verilib.
Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilib.
Hərracın yekunları üzrə istiqrazların bütün həcmi yerləşdirilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 2,5 min ədəd istiqraza bölünüb.
İstiqrazın tədavül müddəti 24 ay, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir. İstiqrazların ödəmə tarixi 06.07.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
“Ferrum Capital” faktorinq şirkəti 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədilə yaradılıb. Şirkət, həmçinin lizinq və lombard seqmentində də xidmətlər göstərir. 2017-ci ildən indiyədək şirkət ümumilikdə 142,87 milyon manat məbləğində kredit verib, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2,12% təşkil edir.
“Ferrum Capital” QSC-nin səhmdarları 2 hüquqi (9% pay) və 2 fiziki şəxsdir (91%). Cəmiyyətin nizamnamə kapitalı 2 min manata bərabərdir. Şirkətin əsas səhmdarı 68% payla Qafar Dəmirçidir.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət