2022-ci ildə Aqrar Sığorta Fondunun xalis mənfəəti 2021-ci ildəki 1 milyon 308,353 min manat məbləğində zərərə qarşı 2 milyon 586,267 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi fondun auditi aparılmış maliyyə hesabatına istinadən bildirir.
Maliyyə hesabatına əsasən, 2022-ci ildə Aqrar Sığorta Fondunun xalis sığorta haqları 10 milyon 493,851 min manat (artım 35,7%) təşkil edib.
2022-ci ildə sığorta fəaliyyəti üzrə gəlir 5 milyon 732,896 min manat (artım 9,5 dəfə) təşkil edib.
Fondun əməliyyat xərcləri 2 milyon 79,959 min manata (artım 37,3%) bərabər olub.
Vergidən əvvəlki mənfəət 3 milyon 322,649 min manat (2021-ci ildə zərər 1 milyon 133,118 min manat məbləğində olub), mənfəət vergisi üzrə xərc 736,382 min manat (artım 4,2 dəfə) təşkil edib.
2022-ci ildə Aqrar Sığorta Fondunun aktivləri 35,5% artaraq 22 milyon 94,771 min manata çatıb.
Aktivlərin strukturunda pul vəsaitləri və onların ekvivalentləri 7 milyon 198,935 min manat (artım 2,8 dəfə), banklarda yerləşdirilmiş depozit hesabları 5 milyon 208,242 min manat (artım 1,7%) təşkil edib.
Ötən il fondun öhdəlikləri 31,8% - 13 milyon 275,248 min manata qədər artıb.
2022-ci ildə qazanılmamış sığorta haqları ehtiyatı 22,8% azalaraq 6 milyon 687,878 min manat təşkil edib.
2022-ci ilin yekunları üzrə Aqrar Sığorta Fondunun kapitalı 41,5% artaraq 8 milyon 819,523 min manat, nizamnamə kapitalı 9 milyon manat (dəyişməyib) təşkil edib.
Aqrar Sığorta Fondu 2020-ci ilin II yarısında fəaliyyətə başlayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət