Maliyyə axınları göstəriciləri 2023-cü ilin II rübündə iqtisadi aktivliyin artım tendensiyasının qorunmasına göstərir, həmçinin bu templər 2018-2022-ci illərdə olduğundan yüksəkdir. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AMB 2023-cü ilin ikinci rübü üzrə sahələrarası maliyyə axınlarının monitorinqini dərc edib.
Təhlilin məlumatına əsasən, AMB maliyyə axınları ilə ÜDM arasında korrelyasiyanın yüksək olduğunu göstərir.
AMB-nin məlumatına görə, 2023-cü ilin ikinci rübündə maliyyə axınlarının həcmi 2022-ci ilin aprel-iyun aylarında 27 milyard 402 milyon manata qarşı 29 milyard 187,7 milyon manat (birinci rübdə - 19 milyard 247,4 milyon manat), yəni artım 6.5% təşkil edib.
Təhlilə əsasən,2023-cü ilin ikinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (30,7%), tikinti (10.2%), topdan və pərakəndə ticarət (14.4%) olub. Aprel-iyun aylarında daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624,4 milyon manat artım), nəqliyyat və anbar təsərrüfatı (548 milyon manat artım) sahələri olub.
AMB maliyyə axınlarının sahələr üzrə dinamikaya toxunaraq qeyd edir ki, 2023-cü ilin ikinci rübündə dövlət idarəetməsi və müdafiə sektoru üzrə daxilolmalar 8 milyard 971 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə sıfır artım), tikinti üzrə 2 milyard 977 milyon manat (azalma 9,1%), topdan və pərakəndə ticarət üzrə 4 milyard 205 milyon manat (azalma 0,4%), emal sənayesi üzrə 2 milyard 608 milyon manat (+8,6%), mədənçıxarma sənayesi üzrə 2 milyard 359 milyon manat (+36%), maliyyə və sığorta fəaliyyəti üzrə 1 milyard 569 milyon manat (azalma 14,8%) təşkil edib.
İkinci rübdə maliyyə axınlarının dinamikasında ən yüksək artım nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə qeydə alınıb. Bu sahə üzrə ödəniş daxilolmaları 1,7 dəfə artaraq 548 milyon manat təşkil edib. Artıma poçt sektoru (+353,5 milyon manat), avtomobil nəqliyyatı ilə yükdaşımalar (+32,5 milyon manat) təsir edib.
AMB qeyd edir ki, ikinci rübdə ticarət sektorunda ödəniş daxilolmaları ümumi daxilolmaların 21,9%-ni təşkil etməklə 6 milyard 391,4 milyon manat, qeyri-ticari sektorda isə 78,1% təşkil etməklə 22 milyard 796,3 milyon manat olub.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət