“AzerGold” QSC 2023-cü ilin avqust ayında perspektivli mədən sahələrinin müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bu barədə QSC-nin məlumatında deyilir.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. İbrahimov QSC-nin Naxçıvanda hazırkı fəaliyyəti və planlaşdırılan işlərlə bağlı danışıb.
“AzerGold”un sədri xüsusilə məlumat verib ki, 2023-cü ilin avqust ayından etibarən Naxçıvanda ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçiriləcək. Beləliklə, Naxçıvan MR-in şimal-şərq hisəssini əhatə edən 2,566 km² sahədə məsafədən peyk üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində perspektivli lokal sahələr müəyyən olunacaq.
Həmçinin, İbrahimov xatırladıb ki, “AzerGold” tərəfindən Muxtar Respublikanın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparılır. Sözügedən yataq və təzahür sahələrinə “Ortakənd” qızıl, “Başkənd” mis-qızıl, “Paradaş” mis təzahür, eləcə də “Göydağ” mis-molibden təzahür sahələri daxildir.
“Ortakənd” qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi çərçivəsində ilkin texniki-iqtisadi hesablama parametrləri üzrə araşdırmalar davam etdirilir. Texniki-iqtisadi əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın mövcud resurslarının həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək. Əlavə edilib ki, indiki mərhələdə nəticələr çox ümidvericidir”,- məlumatda deyilir.
İbrahimov bildirilib ki, “Ortakənd” qızıl yatağının qarşıdakı illərdə, digər yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Xəbər veridilyi kimi, “AzerGold” 2022-ci ildə 62,1 min unsiya qızıl (artım 0,9%) və 223,1 min unsiya gümüş (artım 65,9%) hasil edib.
2023-cü ildə qızıl hasilatı 62,5 min unsiya, gümüş hasilatı 108,3 min unsiya həcmində nəzərdə tutulur.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət