Azərbaycan 2023-cü ilin yanvar-iyun aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% - $1 milyard 58 milyon 429,76 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 493 min 210,21 ton (artım 23,1%) buğdanın ($145 milyon 565,05 min), 56 min 333,66 ton (artım 48,1%) qarğıdalının ($17 milyon 485 min), 36 min 430,5 ton (artım 15,4%) düyünün ($329 milyon 506,86 min), 6 min 158,99 ton (azalma 13,8%) çayın ($32 milyon 759,23 min), 188 min 598,06 ton (azalma 15,2%) meyvə-tərəvəz məhsullarının ($122 milyon 439,12 min), 21 min 396,24 ton (artım 6%) ətin ($40 milyon 449,09 min), 65 min 424,15 ton (azalma 20,5%) bitki və heyvan mənşəli yağların ($89 milyon 16,57 min) payına düşüb.
Azərbaycana $47 milyon 19,18 min dəyərində 8 min 501,43 ton kərə yağı (azalma 21,1%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 12,91%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət