2023-cü ilin birinci yarısında Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər) 3,7% - 41 milyard 239,9 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
30 iyun 2023-cü il tarixinə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 14 milyard 534,7 milyon manat təşkil edib, birinci yarımillikdə 9,3% artım qeydə alınıb.
M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 26 milyard 609,6 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 4,9% çoxdur.
M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 31 milyard 404 milyon manat təşkil edir, yanvar-iyun aylarında 6,2% artım olub.
2023-cü ilin iyun ayının sonuna xarici valyutada depozitlər 9 milyard 836 milyon manat təşkil edib, birinci yarımillikdə 25,8% azalma olub. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2023-cü il mayın 31-nə olan 26,6%-ə qarşı iyunun 30-na 23,9% təşkil edir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət