Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov hesab edir ki, İrəvan Qarabağ erməniləri üçün rəsmi Bakı ilə razılaşdırmadan humanitar yardım göndərərək qəsdən təxribat törədib.
O, rəsmi İrəvanın Qarabağ erməniləri üçün humanitar yardım yük maşınları iə təşkil olunan komediyanı «böyük səhv və ikiüzlülük» adlandırıb (yük maşınları Ermənistan-Azərbaycan sərhəddində qaıb - İF). «Bu, sülh prosesini pozmaq cəhdi və əsl təxribatdır», - Ağacanov «İnterfaks-Azərbaycan» agentliyinə bildirib.
Ağacanovun fikrincə, Azərbaycan hökuməti Qarabağ ermənilərinə lazımi yardım göstərmək üçün Ağdam-Xankəndi yolunu istifadəyə verməyə hazırdır, bu da, həmçinin Qarabağ ermənilərinin reinteqrasiyası üçün ən yaxşı variantdır.
O, həmçinin 20-ci əsrin 90-cı illərin əvvəlində Qarabağda azərbaycanlıların kütləvi qətlində əli olan Vaqif Xaçaturyanın Azərbaycan tərəfindən Ermənistanla sərhəddə Laçın sərhəd buraxılış məntəqəsində saxlanılmasına dair fikrini ifadə edib. "Bu doğru addım idi (Xaçaturyanın saxlanılması - İF), çünki insanlığa qarşı cinayətlərdə və soyqırımda günahı sübut olunan hər kəs öz cəzasını çəkməlidir. Qarabağ münaqişəsinin qızışdırılmasında, Azərbaycan əhalisinin qətlində və qovulmasında məhz Xaçaturyan kimilər günahkardır", - deyə o vurğulayıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət