2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 780 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 387 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“2023-cü ilin yanvar-iyun aylarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,8% azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub (artım 15,2%), 669-u isə yaralanıb (azalma 13,5%)”, - deyə məlumatda bildirilir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,7%-ni, yaralananların isə 73,2%-ni kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 16 hadisə baş verib, nəticədə 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Hadisələrin 13-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Bütün yol-nəqliyyat hadisələrinin 39,1%-i bir neçə nəqliyyat vasitəsinin, 37,9%-i nəqliyyat vasitələrinin və piyadaların, 23%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Hadisələrin 44,3%-i gündüz, 39,4%-i gecə, 16,3%-i isə toran vaxtı baş verib, 29,2%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət