2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 1 miyard 617 milyon 752,1 min manat (cari məzənnə ilə $951,6 milyon - İF) gəlir əldə edib ki, bu da 2022-ci ilin I yarısının göstəricisindən 30,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 980 milyon 239,6 min manat gəlir (azalma 48,2%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 979 milyon 625,7 min manatı (azalma 48,3%) beynəlxalq yükdaşımaların, 613,9 min manatı isə daxili yükdaşımaların (artım 58,9%) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 637 milyon 512,5 min manat məbləğində gəlir (artım 46,8%) əldə edilib. Gəlirlərin əsas həcmi - 613 milyon 176,6 min manatı (artım 54%) beynəlxalq sərnişindaşımaların, 24 milyon 335,9 min manatı (azalma 32,9%) daxili sərnişindaşımaların payına düşüb.
2023-cü ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 166,8 min ton (azalma 32,1%), sərnişin daşımalarının həcmi 1 milyon 233,4 min nəfər (artım 49,6%) təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 4 milyard 904 milyon 809,7 min manat (artım 51,4%), o cümlədən yükdaşımalardan 3 milyard 642 milyon 937,9 min manat (artım 12,4%), sərnişindaşımalardan isə 1 milyard 261 milyon 871,8 min manat gəlir (artım 98,7%) əldə edib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət