2023-cü ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 223 milyon 424,2 min manat (cari məzənnə ilə $131,4 milyon - İF) gəlir əldə edib ki, bu da 2022-ci ilin I yarısının göstəricisindən 26,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 219 milyon 204,3 min manat yükdaşımaların (artım 25,3%), o cümlədən 188 milyon 427 min manat (artım 27,3%) beynəlxalq yükdaşımaların, 30 milyon 777,3 min manat (artım 14,3%) daxili yükdaşımaların payına düşüb.
Beynəlxalq istiqamətlər üzrə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit yük daşımalarının payı 92 milyon 152,9 min manat (artım 27,7%) təşkil edib.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından 4 milyon 219,9 min manat məbləğində gəlir (artım 2,4 dəfə) əldə edilib və bütün həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın dəmir yolları ilə 9 milyon 149,6 min ton yük (artım 6,7%) və 3 milyon 230,5 min nəfər sərnişin (artım 51,8%) daşınıb.
Hesabat dövründə tranzit yük daşımalarının həcmi 3 milyon 531,4 min ton (azalma 5,2%) təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət