“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi sentyabrın 5-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqlərini “Ba1” səviyyəsində təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, reytinqlər üzrə proqnoz “sabit”dir.
Eyni zamanda, “Moody`s” SOCAR-ın baza kredit qiymətləndirməsini (BCA) “ba3”dən “ba2”yə yüksəldib.
Agentlik qeyd edir ki, BCA-nın yüksəldilməsi də daxil olmaqla reytinq hərəkəti neft-qaz bazarında əlverişli şərait fonunda SOCAR-ın maliyyə və kredit göstəricilərinin yaxşılaşmasını; şirkətin Azərbaycan hökuməti üçün strateji əhəmiyyətini; strateji və səhmdar qərarlarının qəbul edilməsində son nizam-intizam təcrübəsini əks etdirir ki, bu da müsbət pul vəsaitlərinin yaranmasına və yaxşı likvidliyə gətirib çıxarır.
“Moody`s” vurğulayır ki, SOCAR-ın biznes və maliyyə profili son illərdə dinamik karbohidrogen qiymətləri, artan hasilatla bağlı sabitlik və dayanıqlı ticarət əməliyyatları sayəsində möhkəmlənib.
Bütövlükdə şirkətin reytinqləri onun Azərbaycanın neft-qaz sektorundakı əsas rolunu və milli iqtisadiyyat üçün əhəmiyyətini; davamlı karbohidrogen hasilatını; böyük ehtiyatlara malik olan və ehtiyac yarandıqda şirkətə maliyyə dəstəyi göstərə bilən Azərbaycan hökuməti ilə sıx əlaqələrini əks etdirir.
SOCAR-ın reytinqi üzrə “sabit” proqnoz Azərbaycanın suveren reytinqi üzrə “sabit” proqnoza uyğundur və şirkətin əməliyyat və maliyyə göstəriciləri, bazar mövqeyi və likvidliyi daxil olmaqla konkret kredit amillərinin davamlı əsasda onun reytinqinə uyğun olaraq qalacağı ilə bağlı agentliyin rəyini əks etdirir.
“Moody`s” tərəfindən SOCAR-ın reytinqinin yüksəldilməsi Azərbaycanın suveren reytinqinin yüksəldiləcəyi halda mümkündür.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət