2023-cü ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 12 milyard 929 milyon 431,627 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 49,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
5 milyard 155 milyon 746,864 min manat (artım 8,9%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 2 milyard 187 milyon 630,537 min manat (artım 1,8 dəfə) olub. İlkin bazarda 1 milyard 719 milyon 791,406 min manatlıq, təkrar bazarda 467 milyon 839,131 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 2 milyard 968 milyon 116,327 min manat (azalma 15,4%) təşkil edib. İlkin bazarda 2 milyard 421 milyon 514,639 min manatlıq, təkrar bazarda 546 milyon 601,688 min manatlıq not yerləşdirilib.
8 ay ərzində BFB-nin ümumi dövriyyəsində 899 milyon 638,496 min manat (artım 44,9%) korporativ bazarın, o cümlədən 484 milyon 165,816 min manat ilkin bazarın, 415 milyon 472,679 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 545 milyon 790,748 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 291 milyon 205,689 min manat, səhmlərin yerləşdirilmə həcmi 62 milyon 642,059 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 6 milyard 874 milyon 46,267 min manat repo əməliyyatlarının (artım 2,1 dəfə) payına düşüb.
BFB-nin məlumatına görə, avqustun sonuna birjanın kapitallaşması 4 milyard 944 milyon 573,317 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 17,9% çoxdur.
Xəbər verildiyi kimi, 2022-ci ildə Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 14 milyard 947 milyon 984,521 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% artaraq rekord 15,3 milyard manata çatıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət