Səhiyyə naziri Teymur Musayev İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Ölkədə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunun təsdiq olunduğunu qeyd edən səhiyyə naziri bildirib ki, bu sənəd səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. “Azərbaycanda səhiyyə sektoruna əlavə investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyətinin artırılması məqsədilə dövlət-özəl tərəfdaşlığı sahəsində mühüm işlər görülür”, - deyə Musayev əlavə edib.
Öz növbəsində, Kayssi Azərbaycanın cari ilin yanvarından ICIEC-ə üzv olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ICIEC Azərbaycan hökuməti ilə birgə digər sahələrlə yanaşı, səhiyyədə də iqtisadi və sosial infrastruktur layihələrin dəstəkləməsi və maliyyə çıxışının yaxşılaşdırması üçün özəl sektorla sıx əməkdaşlığa hazırdır.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət