Sentyabrın sonunda Azərbaycan təbii qazının Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum, CQBK) ilə Türkiyəyə tədarükü kəmərdə aparılan planlaşdırılmış texniki xidmət işləri ilə əlaqədar beş gün müddətinə dayandırılacaq.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, “Azerbaijan Gas Supply Company Limited” (AGSC) və South Caucasus Pipeline Company ilə razılığa əsasən, “Şahdəniz-Türkiyə” qaz kəmərində həyata keçirilməsi planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar sentyabrın 25-dən 29-dək Türkgözü giriş nöqtəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi beş gün ərzində mümkün olmayacaq.
“Planlı texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansında hər hansı problemin olması gözlənilmir”, - deyə Türkiyənin BOTAŞ şirkəti qeyd edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının tədarükü planlaşdırılır.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
CQBK 2006-cı ilin sonlarında istismara verilib və “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə çatdırır.
“Mərhələ-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlanılıb.
Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 km-i Azərbaycanda, 248 km-i isə Gürcüstandadır.
CQBK Cənub Qaz Dəhlizinin komponentidir. 2019-cu ildən boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 29 milyon kubmetr təşkil edir. 2020-ci ildə qaz kəməri ilə Avropaya qaz nəqlinə başlanılıb.
AGSC Kayman adalarında məhdud məsuliyyətli cəmiyyət olaraq təsis edilib, baş ofisi Bakıda yerləşir. AGSC “Şahdəniz” HPBS üzrə tərəfdaş şirkətlər və SOCAR tərəfindən “Şahdəniz” layihəsinin Mərhələ-1 və Mərhələ-2 çərçivəsində hasil olunmuş təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə tədarükünü həyata keçirir.
South Caucasus Pipeline Company boru kəmərinin tikintisi və istismarına görə cavabdehdir. SCPC-nin səhmdarları bp (29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), “LUKOIL” (19,99%), TPAO (19%) və “NICO” (10%) şirkətləridir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət