Macarıstanın iri tikinti şirkətlərinin konsorsiumu 2024-cü ildə Azərbaycanın Cəbrayıl rayonunun (Şərqi Zəngəzur iqtisadi rayonu) Soltanlı yaşayış məntəqəsinin bərpasına başlayacaq. “İnterfaks-Azərbaycan” agentliyinin “Daily News Hungary” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti bu planları təsdiqləyib, bəzi müqavilələr artıq imzalanıb.
Siyarto belə bəyanatla Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransında çıxış edib.
Öz növbəsində, “The Budapest Times” qəzeti yazır ki, Cabbarovla Macarıstanın baş naziri Viktor Orban arasında baş tutmuş danışıqlarda Bakı ilə Budapeşt arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Görüşdə Macarıstanın baş naziri bildirib ki, ölkənin enerji təhlükəsizliyi “iyulda Azərbaycan təbii qazının Macarıstanda saxlanılmasına başlanılması sayəsində gücləndirilib”.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət