Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) ərzaq və qeyri-ərzaq mallarının Ağdam vasitəsilə Azərbaycanın Qarabağ regionuna çatdırılmasına mane olmaqla bağlı iddiaları təkzib edib.
«Biz BQXK-nın Rusiya Qırmızı Xaç Cəmiyyətinin bu rayona (Qarabağa - İF-Az) yardım göndərmək səylərinə mane olduğu və ya hər hansı bir siyasi gündəmi təbliğ etdiyi iddialarını təkzib edirik», - «İnterfaks-Azərbaycan» BQXK-nın şərhindən sitat gətirir.
Təşkilatdan qeyd olunub ki, humanitar yardımı buraxıb və ya buraxmamaq qərarı «qərar qəbul edən şəxslərin» əlindədir.
BQXK-dən bildirilib ki, ötən həftə qərar qəbul edən şəxslərlə, habelə tərəfdaşlarla «həm Laçın, həm də Ağdam yolu vasitəsilə» Qarabağa yüklərin çatdırılmasının müxtəlif variantları barədə danışıqlar aparılıb.
«BQXK tam şəffaflıq şəraitdə işləyir, öz fəaliyyətini qərar qəbul edən bütün şəxslərlə əlaqələndirir və yalnız onların razılığı ilə hərəkət edir», - təşkilatdan bəyan ediblər.
Xəbər verildiyi kimi, öncə RQXC Azərbaycanın bu bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarını ödəmək məqsədilə Qarabağa yük göndərib. Ərzaq və qeyri-ərzaq malları olan yük avtomobili sentyabrın 9-da Azərbaycan ərazisinə daxil olub. Yük sentyabrın 12-də Ağdam-Xankəndi marşrutu ilə Azərbaycanın Qarabağ bölgəsinə çatdırılıb. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət