Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, bu gərgin regional vəziyyətdə sülh barədə danışmaq lazımdır və bunu atəşkəs ilə qarışdırmaq lazım deyil.
"Bu gün mürəkkəb dövrdən keçirik, amma niyə bu yolu keçməli olduğumuzu anlamaq vacibdir. Sülh zəruridir. Bu, təhlükəsizliyi, müstəqilliyi və suverenliyi təmin edən və zəmanət verən amildir. Çoxları hesab edir ki, bu gərgin regional vəziyyətdə sülh barədə danışmaq olmaz, lakin məhz bu şəraitdə sülh haqqında danışmaq lazımdır və bunu atəşkəs ilə qarışdırmaq lazım deyil. Bu mürəkkəb yol daxili və xarici sarsıntılardan keçir və biz dövlətçilik, müstəqillik və gələcək naminə bu yolu keçməliyik", - Paşinyan ölkənin müstəqillik günü münasibətilə videomüraciətində bildirib.
O, həmçinin vurğulayıb ki, 1991-ci ildə respublikanın SSRİ-dən çıxması haqqında Alma-Atı bəyannaməsi Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir.
"Məni xarici və regional siyasət türüdərkən 1991-ci il tarixli Alma-Atı bəyannaməsinə və qarşılıqlı əlaqəli sənədlərə əsaslandığım üçün tənqid edirlər. Çoxları bu sənədlərə əsaslanan siyasətdən imtina etməyə çağırırlar. Lakin, məsələ budur ki, bəyannamə və qarşılıqlı əlaqəli sənədlər Ermənistanın müstəqilliyinin siyasi və hüquqi əsaslarının qeydə alınmasından daha çox Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir", - o bildirib.
Onun sözlərinə görə, bu siyasətdən imtina etmək çağırışları müstəqillik, suverenlik və ərazi bütövlüyündən imtina çağırışlarıdır. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət