2024-cü il Azərbaycanın dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazilriyinin “İnterfaks-Azərbaycan”a təqdim etdiyi məlumatlarına əsasən, 2024-cü il üçün dövlət büdcəsi 33 milyard 765 milyon manat (2023-cü ilin göatəricisindən -0,4%), xərcləri – 36 milyard 355 milyon manat (-0,7%) səviyyəsində proqnozlaşdırılır.
Gələn ilə dövlət büdcəsinin gəlirləri bir barel neftin orta qiymətinin $60 səviyyəsində hesablanıb.
2024-cü il dövlət büdcəsinin gəlirlərinin strukturunda 16 milyard 756 milyon manat və ya 49,6%-i neft-qaz sektorunun, 17 milyard 9 milyon manat və ya 50,4%-i qeyri neft-qaz sektorunun hesabına təmin etmək planlaşdırılır.
2023-cü il dövlət büdcəsinin gəlirlərinin strukturunda bu nisbət aşağıdakı kimidir: 52,3% - neft-qaz sektoru, 47,7% - qeyri neft-qaz sektoru.
Maliyyə Nazilriyinin məlumatına görə, 2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 13 milyard 865 milyon manat (-7,5%) səviyyəsində nəzərdə tutulur.
2024-cü ildə ARDNF-dən dövlət büdcəsində tarnsfertlər 12 milyard 781 milyon manat (+8,9%), Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar – 5,9 milyard manat (+3%) səviyyəsində planlaşdırılır, qalanı digər mənbələrin payına düşür.
Gələn il dövlət büdcəsinin xərclərinin strukturu aşağıdakı kimidir: 22 milyard 622 milyon manat və ya 62,2% - cari xərclər, 11 milyard 760,4 milyon manat və ya 32,3% - cari xərclər, 1 milyard 972,6 milyon manat və ya 5,4% - dövlət borcunun xidməti və digər öhdəliklər.
2024-cü ildə 6 milyard 421 milyon manat və ya bütün xərclərin 17,7%-ni müdafiə və milli təhlükəsizlik, 4 milyard 549,9 milyon manat – təhsil, 4 milyard 542,2 milyon manat – sosial müdafiə və sosial təminat, 4 milyard 814,9 milyon manat – ümumi dövlət məqsədlərinə, 1 milyard 109,9 milyon manat – ASK, 7 milyard 380 milyonmanat – iqtisadi fəaliyyətə, qalanı digər məqsədlərə yönəltmək planlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə dövlət büdcəsi kəsirinin aşağıdakı mənbələr hesabına ödənilməsi planlaşdırılır: 1 milyard 854,4 milyon manat - borclar; 105 milyon manat - özəlləşdirmədən əldə olunan gəlirlər; qalanı digər mənlərdir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət