Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) 2023-cü ildə Azərbaycanda ÜDM-in 1,5% səviyyəsində artımını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, çərşənbə günü bankın saytında dərc olunmuş sentyabr ayı üçün “Regional Economic Prospects” hesabatına əsasən, AYİB 2024-cü ildə Azərbaycanda ÜDM-in 2,5% səviyyəsində artımını proqnozlaşdırır.
May ayında AYİB 2023-cü ildə Azərbaycanda ÜDM-in 2,5%, 2024-cü ildə - 2,7% səviyyəsində prqonozlaşdırıb.
“İki il ərzində (2021-2022-ci illərdə) yüksək artım templərindən sonra yanvar-iyul aylarının yekunları üzrə Azərbaycanda ÜDM-in artım tempiildən ilə 0,7%-dək azalıb. Qeyri-neft sektorunda artım 3,4%-dək azalıb, neft-qaz sektorunda azalma 2,2% təşkil edib. Buna baxmayaraq, neftin əlverişli qiymətləri və Azərbaycan qazına artan tələbat fonunda ixrac və büdcə gəlirləri sabit olaraq qalır", - AYİB qeyd edir.
Bankın qiymətləndirmələrinə görə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in artım tempinə neft və qaz bazarındakı vəziyyət təsir edəcək.
AYİB-in qiymətləndirmələrinə əsasən, 2023-2024-cü illər üçün Gürcüstanda ÜDM-in artımı müvafiq olaraq 6% və 4,5%, Ermənistanda isə 6,5% və 4,5% səviyyəsində proqnozlaşdırılır.
Azərbaycan Iqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4% səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət