Ankara İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisinin 2024-cü ildə baça çatmasına ümid edir. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan edib.
"Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihələri həyata keçirildikdən sonra indi biz İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoymuşuq. İnşallah, ən qısa müddətdə, gələn il bu layihəni başa çatdıracağıq və Naxçıvan sakinləri gələn ilin qışında Türkiyədən bu boru kəməri ilə qaz ala biləcəklər", - Bayraktar cümə günü Naxçıvanda jurnalistlərə müsahibəsində bildirib.
Yeni qaz kəməri Azərbaycan qazının Türkiyədən Naxçıvana nəqli üçün nəzərdə tutulur. Diametri16düym olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu97,5kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir.
Boru kəməri gündəlik 2 milyon kubmetr, illik 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. İğdır-Naxçıvan qaz kəmərinin tikintisinin başa çatması ilə Naxçıvanın 500 milyon kubmetr təbii qaza olan bütün illik ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək. Həmçinin, gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Türkiyə ərazisində qaz kəməri Şərqi Anadoludan İğdıra qədər uzanan maqistral qaz bəru kəmərinin davamı olacaq. Layihə çərçivəsində Türkiyədə Dilucu məntəqəsində qazpaylayıcı stansiyanın tikintisi planlaşdırılır.
Tərəflərin raılığına əsasən, boru kəmərinin Azərbaycan hissəsinin tikintisi SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.
Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Rəsmi məlumata görə, boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin98%-də torpağın münbit qatı götürülüb,55%-də xəndəyin qazılması aparılıb, boruların92%-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin82%-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət